Ağdam rayonunun bütün mina xəritələrini aldıq - İlham Əliyev

10:16 - 16.06.2021


16 iyun, Fineko/abc.az. Bildiyiniz kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşaya gedib.

ABC.AZ-ın məlumatına görə, R.T.Ərdoğan səfəri zamanı bir Prezident İlham Əliyevlə Şuşa Bəyannaməsi imzalayıb. Daha sonra liderlər mətbuata birgə bəyanatla çıxış edib.

Mətbuat qarşısında çıxış edərkən dövlət başçıları bəzi məqamlara toxunub.

İ.Əliyev minalanan ərazilərdən danışarkən buralar minalarla doludur, buradan sağa-sola getmək olmaz. 15 əsir verdik, Ağdam rayonunun bütün mina xəritələrini aldıq deyib. Ərdoğanın "Dedikləri yer doğru çıxdı?" sualına İlham Əliyev "Doğrudur. Çünki amerikalılar zamin durdular. Tək bir rayonda 97 min mina basdırılıb" cavabını verib. Azərbaycan Prezidenti onu da qeyd edib ki, bu minalardan 54 mini tank, qalanları isə piyada əleyhinədir.

 

Bütün xəbərlər