Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub

15:00 - 16.06.2021


16 iyun, Fineko/abc.az. "Başak-İnam Sığorta Şirkəti" ASC ləğv olunduğunu elan edib.

ABC.AZ xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZE1141 Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev 79 ünvanına bildirə bilərlər.

Keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.

 

Bütün xəbərlər