Füzulidəki aerovağzal üçün 240 ha ərazi minadan təmizlənib - AZAL rəsmisi

15:29 - 16.06.2021


16 iyun, Fineko/abc.az. Füzulidə Aerovağzal kompleksinin köməkçi binalarının elektrik enerjisi ilə təmin olunması üçün uzunluğu 2,5 kilometr olan hava xətləri çəkilir.

Bunu "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə verdiyi açıqlamasında bildirib.

O qeyd edib ki, aerovağzalın tikintisi üçün 240 ha ərazi minadan təmizlənib.

AZAL nümayəndəsi vurğulayıb ki, həmin ərazinin təxminən 130 hektarında tikinti işləri gedir.

"Qalan ərazilər isə köməkçi hissələrdir. Aerovağzalın 1000 kV olan iki ədəd transformator binasının tikintisi başa çatıb. Hazırda sahəyə Füzuli 110 kV, 35 kV və 10kV gücündə transformatorlardan elektrik enerjisi paylanılır" deyə AZAL rəsmisi vurğulayıb.

 

Bütün xəbərlər