ABŞ Mərkəzi Bankı faizləri yenə dəyişmədi

11:25 - 17.06.2021


17 iyun, Fineko/abc.az. ABŞ Mərkəzi Bankı (Fed) iyunun 16-da faiz qərarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, gözlənildiyi kimi Fed proqnozları doğruldub.

Belə ki, iyun ayı yığıncağında qurumun faizdə dəyişiklik etməyəcəyi gözlənilirdi. ABŞ Mərkəzi Bankı gözləntiləri doğruldaraq faizləri 0,0 - 0.25% aralığında saxlayıb.

Bununla yanaşı Fed ən azı aylıq 120 milyard dollar olan qiymətli kağız alışı proqramını davam etdirəcəyini açıqlayıb.

 

Bütün xəbərlər