Nə qədər yaşayış və bağ evi dövlət qeydiyyatına alınıb?

12:30 - 17.06.2021


17 iyun, Fineko/abc.az. 2021-ci ilin ilk 5 ayı ərzində 6 168 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata gör, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 14,5% artıb.

Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib.

Belə ki, 2020-ci ilin ilk 5 ayı ilə müqayisədə bu ilin yanvar-may ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 25% artaraq 6 286 olub.

 

Bütün xəbərlər