Bakıda keçirilən futbol oyunlarına bu qədər tamaşaçı qatılıb - Böyük say

11:03 - 21.06.2021


21 iyun, Fineko/abc.az. AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 3-cü oyunun tamaşaçı sayı bəlli olub.

ABC.AZ-ın məlumatına görə, bu barədə UEFA-nın açıqlqmasında qeyd olunub ki, dünən keçirilən A qrupunun III turunun İsveçrə - Türkiyə qarşılaşmasını (3:1) 17 min 138 seyrçi izləyib.

Bu, Bakıda baş tutan qrup mərhələsinin üç matçı arasında ikinci göstəricidir. II turun Türkiyə - Uels oyununda (0:2) daha çox 19 min 762 azarkeş qeydə alınıb.

 

Bütün xəbərlər