Azərbaycanın sığorta şirkətləri 2018-ci ilin iki ayı ərzində 130,2 milyon manat toplayıblar

19.03.2018,22:52


19 mart, Fineko/abc.az. 2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın sığorta şirkətlərinin sığorta haqlarının həcmi 130,2 milyon manat, ödənişlərin həcmi isə 40,5 milyon manat təşkil etmişdir.

Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilən məlumata əsasən, keçən ilin analoji dövrü ilə müqayisədə sığorta haqları 25,4% artıb, ödənişlər isə 7,7% azalıb.

Könüllü sığorta bazarı üzrə haqlar 106,8 milyon manat, ödənişlər isə 29,6 milyon manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 23,4 milyon manat, ödənişlər isə 10,9 milyon manat olmuşdur.

Sığorta haqlarının ümumi strukturunda könüllü sığorta haqlarının payı 82%, icbari sığorta növləri üzrə isə 18% təşkil etmişdir. Könüllü sığorta növləri üzrə ödənişlər 73%, icbari sığorta növləri üzrə isə 27% təşkil etmişdir.

2018-ci ilin yanvar-fevral aylarında hər 100 manat sığorta haqqına 31,1 manat sığorta ödənişi düşmüşdür.

Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir.