330x110
 

Toylar belə keçiriləcək - Şərtlər

22.06.2021,10:17


22 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 1 iyul tarixindən müəyyən şərtlərlə Azərbaycanda toylara icazə veriləcək.

ABC.AZ xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərara etdiyi dəyişikliyə əsasən, bir sıra şərtlərə əməl etməklə toy, nişan, ad günləri və s. keçirmək mümkün olacaq.

Belə ki, bundan sonra şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.

Müəllif: Elmir Murad