330x110
 

Şənlik mərasimlərində maska məcburi olacaq - Qaydalar

22.06.2021,10:31


22 iyun, Fineko/abc.az. Bildiyiniz kimi 1 iyul tarixindən müəyyən şərtlərlə Azərbaycanda toylara icazə veriləcək.

ABC.AZ xəbər verir ki, sözügedən şərtlərdən biri də 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin məcburi olması və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunmasıdır.

Bununla yanaşı 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.