Gürcüstanda maska ləğv olunur

11:58 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Bu gündən Gürcüstanda açıq havada tibbi maska taxmaq tələbi ləğv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

O qeyd edib ki, maska istifadəsi yalnız qapalı məkanlarda və ictimai nəqliyyat vasitələrində məcburi olacaq. İyulun 1-dən Gürcüstanda komendant saatı da ləğv ediləcək.

Bu barədə Gürcüstanın Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qeyd edək ki, hazırda Gürcüstanda həftənin bütün günləri ərzində saat 23:00-dan 04:00-dək komendant saatı tətbiq edilir.

 

Bütün xəbərlər