Təhsil nazirliyi tenderin qalibiyyətini bu şirkətə verdi

12:28 - 22.06.2021


22 iyun, Fineko/abc.az. Təhsil Nazirliyi bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2021-2022-ci tədris ilinə ibtidai təhsil səviyyəsinin 2, 3 və 4-cü sinifləri üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi “Təhsil” Nəşriyyat Poliqrafiya MMC olub. Qalib şirkətlə 2 milyon 199 min 255 manat dəyərində müqavilə bağlanıb.

 

Bütün xəbərlər