700 qaziyə əlillik təyin olunub

14:12 - 22.06.2021


22 iyun, Fineko/abc.az. 44 günlük Vətən müharibəsi iştirakçılarından bu günədək artıq 700 qaziyə əlillik dərəcələri təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a daxil olmuş məlumata görə, komissiya tərəfindən onlar səyyar formada əyani müayinədən keçirilib.

Əlillik təyinatı aparıldıqdan sonra bununla əlaqədar onlara birdəfəlik sığorta ödənişi edilir, Prezidentin aylıq təqaüdləri, əlilliyə görə aylıq pensiya və ya müavinətlər də proaktiv qaydada, elektron sistem üzərindən təyin olunur.

 

Bütün xəbərlər