Azərbaycan Dəmir Yollarının sərnişin dövriyyəsi 75% artıb

11:42 - 27.03.2018


27 mart, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” QSC bayram günlərində sərnişin axınında artımı qeyd edir.

QSC-in məlumatında deyilir ki, Dəmir Yolları, 20-26  mart bayram günlərində gücləndirilmiş iş rejimində işləyib.

“Əgər adi iş günlərində dəmir yolunun  xidmətlərindən 2000 sərnişin istifadə edirdisə, bayram günlərində bu rəqəm 3000-3500 təşkil edib”, - məlumatda belə deyilir.

Ən  çox sıxlıq Bakı-Tbilisi, Bakı-Qazax, Bakı-Böyük Kəsik və Bakı-Balakən sərnişin qataralarında müşahidə olunub.

 

Bütün xəbərlər