Sahibkarlara bu qədər subsidiya verilib - Məbləğ

14:48 - 23.06.2021


23 iyun, Fineko/abc.az. Bu il mayın 31-nə qədər Azərbaycanda dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1 026 müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan ABC.AZ-a verilən məlumata görə, mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4 497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib.

 

Bütün xəbərlər