Dörd rayonda 875 hektar tütün əkilib

14:59 - 23.06.2021


23 iyun, Fineko/abc.az. Zaqatala, Balakən, Qax və Şəki rayonlarında tütün əkini başa çatıb.

ABC.AZ-ın məlumatına görə, builki mövsümdə cəmiyyət tərəfindən həmin rayonlarda 875,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.

Tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 130 fermerlə müqavilə bağlanılıb.

Hazırda tütün sahələrində becərmə işləri davam etdirilir. Fermerlər tərəfindən indiyədək 700,2 hektar sahədə birinci suvarma, 505,1 hektarda birinci kultivasiya, 870 hektarda isə birinci kətmənləmə işləri aparılıb.

Təsərrüfatlarda yaşıl tütün yarpağının dəriminə iyunun sonunda başlanılması nəzərdə tutulur.

 

Bütün xəbərlər