Belarus Azərbaycana bitkiçilik məhsullarının ixracını artırmaq niyyətindədir

11:55 - 27.03.2018


27 mart, Fineko/abc.az. Belarus 2018-ci ildə Asiya ölkələrinə bitkiçilik məhsullarının ixracını artırmağı planlaşdırır.

Kənd təsərrüfatı  və ərzaq nazirinin müavini Vladimir Qrakun bildirdi ki, Rusiyaya ixrac səviyyəsi, 2017-ci ilin səviyyəsində qalacaq.

“Amma biz, başqa ölkələrə - Azərbaycana, Özbəkistana, Gürcüstana, Çinə tədarükləri artıracağıq”, - V. Qrakun belə deyib.

Nazir müavini bildirib ki, ixracın artımı,əsasən kartofçuluğun, tərəvəzçiliyin və meyvəçiliyin inkişafı üzrə proqramların vaxtında keçirilməsi nəticəsində əldə edilir.

 

 

Bütün xəbərlər