ABŞ hava limanlarına qrant ayırdı - 8 milyard dollar

15:17 - 23.06.2021


23 iyun, Fineko/abc.az. ABŞ-ın Federal Aviasiya İdarəsi koronavirus pandemiyasının nəticələrindən zərər çəkən ölkə aeroportlarının fəaliyyətinin bərpasına yardım məqsədilə qrantlar şəklində 8 milyard dollar ayıracaq.

ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən qrantların ayrılmasında xüsusi məqsəd var.

Belə ki, daha çox amerikalının vaksinasiyadan keçərək yenidən səyahətə başladıqları dövrdə qrantlar iş yerlərinin saxlanılmasına imkan verəcək və aviasiya sektorunun bərpasına dəstək olacaq.

Ayrılan vəsait əməkdaşların maaşlarının ödənilməsinə və tikinti layihələrinin həyata keçirilməsinə sərf ediləcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər