Azərbaycanda ictimai iaşə obyektlərinin dövriyyəsi 193 milyon manata qədər artıb

12:29 - 27.03.2018


27 mart, Fineko/abc.az. Yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə obyektlərinin dövriyyəsi artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu cür obyektlərin dövriyyəsi 3,6% artaraq 193 milyon manat təşkil edib.

“İaşə obyektlərinin 40,4% hüquqi, 59,6% fiziki şəxslər təşkil edir. Hüquqi şəxslərin dövriyyəsi 2017-ci ildə 3,3% və ya 76,7 milyon manat artıb”, - Komitədən verilən məlumatda belə deyilir.

 

Bütün xəbərlər