Neft bahalaşır, Brent bir barelə $75,29 təşkil edir

09:53 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri ABŞ və Çində enerji daşıyıcıları ehtiyatlarının azalması barədə məlumatlar əsasında cümə axşamı ticarətində artır.

ABŞ-ın Energetika Nazirliyinin ötən gün dərc etdiyi hesabatında ardıcıl olaraq beşinci həftənin yekunlarına görə ölkədə neft ehtiyatlarının 7,6 mln. barrel azalaraq, 459,1 mln. barrel təşkil etdiyini göstərib.

“Kayross” analitik şirkətinin məlumatına görə, Çində neft ehtiyatları cari ilin əvvəlindən minimum səviyyədədir.

Saat 9:06-da London ICE Futures birjasında baş tutmuş hərracda Brent neftinin avqust fyuçersləri barrel başına $0,10 (0,13%) – $75,29 səviyyəsinə yüksəldi. İyunun 23-də keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $0,38 (0,51%) – barrel üçün $75,19-a qədər artıb.

Saat 9:06-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin avqust fyuçersinin qiyməti 0,11 (0,15%) - barel başına $73,19-a yüksəldi. İyunun 23-də baş tutmuş hərracların nəticələrinə görə, avqust ayına olan fyuçers $0,23 (0,32%) - bir barelə $73,08-ə yüksəldi.

 

Bütün xəbərlər