"Azure” biznes mərkəzində nə baş verib?

11:02 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Baş Prokurorluq "Azure” biznes mərkəzində baş verən intihar hadisəsi ilə bağlı açıqlama yayıb.

ABC.AZ xəbər verir ki, Baş Prokurorluqdan bildirilib ki, iyunun 22-də 1999-cu il təvəllüdlü Elvin Məmmədov işlədiyi “Azure” biznes mərkəzinin 15-ci mərtəbəsində yerləşən “Polyagro” ofisinin pəncərəsindən özünü ataraq intihar edib.

Faktla bağlı hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın gedişatı və nəticəsinə uyğun olaraq qanuni qərarın qəbul edilməsi, bu barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək".

 

Bütün xəbərlər