Bakıda 40-a yaxın məktəbdə direktor vəzifəsi boşdur

11:06 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Bu il Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir: "Güman edirik ki, bu nüsabiqələr vasitəsilə vakant yerlərin hamısına direktor təyin edə biləcəyik".

 

Bütün xəbərlər