Rusiya təbii qaz istehsalını artırıb - 13 faizdən çox

11:29 - 24.06.2021


24 iyun, Fineko/abc.az. Rusiyada təbii qaz istehsalı 2021-ci ilin ilk beş ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 286 mlrd. kubmetrədək çatıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Rusiya Statistika Xidmətinin ("Rosstat") məlumatına görə, may ayında qaz hasilatı illik ifadədə 23,5% artıb.

Məlumata görə, bu ilin yanvar-may aylarında ölkədə mayeləşdirilmiş təbii qaz (LNG) istehsalının həcmi 13,1 mln. ton təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,6% azdır.

 

Bütün xəbərlər