Azərbaycanda hava şəraitinin pisləşməsi gözlənilir

13:47 - 27.03.2018


27 mart, Fineko/abc.az. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin pisləşməsi barədə xəbərdarlıq edir.

Nazirliyin məlumatında deyildiyi kimi, martın 29-u axşam qərb rayonlarından başlayaraq 31-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

“Şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu, əvvəlki günlərlə müqayisədə, tədricən 5-7° düşəcək”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, martın 28-də Abşeronda havanın temperaturu gecə 7-10° isti, gündüz – 16-21° isti, Bakıda gecə 8-10° isti, gündüz 18-20° isti təşkil edəcək. Bölgələrdə gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə  2-7° isti, gündüz 13-18° isti olacaq.

 

 

Bütün xəbərlər