Beş ayda 14,3 milyon ton neft hasil edilib

14:05 - 25.06.2021


25 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 14,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 918,7 min ton az olub.

Respublika üzrə neft hasilatının 9,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,6 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 milyon ton təşkil edib.

 

Bütün xəbərlər