Koronavirusdan daha çox yoluxucu ştam gəlir - ÜST açıqlama yaydı

15:36 - 25.06.2021


25 iyun, Fineko/abc.az. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Sumiya Svaminata “Delta” ştamı barədə açıqlama yayıb.

O qeyd edib ki, sözügedən ştam ilkin koronavirusdan iki dəfə daha yoluxucudur. Onun sözlərinə görə, “delta” ştamı artıq 85-dən çox ölkədə mövcuddur.

"O, ilkin SARS-CoV-2 virusundan ən azı iki dəfə daha yoluxucudur", - deyə Svaminatan Sumiya tviterdə yazıb.

 

Bütün xəbərlər