Yoluxanların sayı açıqlandı - 2 ölən var

16:45 - 25.06.2021


24 iyun, Fineko/abc.az. Azərbaycanda 24 saat ərzində koronavirus yoluxması ilə bağlı 65 hal aşkar edilib. Ötən gün isə 51 yoluxma haqqında xəbər verilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirusla bağlı 335 741 yoluxma halı aşkarlanıb.

Sutka ərzində 89 nəfər müalicə olunaraq evə buraxılıb. Koronavirusdan sağalanların ümumi sayı 329 959 nəfərə çatdı.

Bir gün ərzində 2 nəfər koronavirusdan vəfat edib, ümumilikdə isə  vəfat edənlərin sayı 4 967 nəfər təşkil edib.

Bir gün ərzində, koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün 7 728 test, pandemiya başlayandan bəri isə cəmi ölkədə 3 713 779 test edilmişdir.

 

Bütün xəbərlər