Bir gündə rekord sayda peyvənd vurulub

16:58 - 25.06.2021


25 iyun, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 72 min 301 vaksin vurulub.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 35 min 972, ikinci mərhələ üzrə 36 min 329 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 3 milyon 218 min 651, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 milyon 70 min 526, ikinci mərhələ üzrə isə 1 milyon 148 min 125 nəfər təşkil edir.

 

Bütün xəbərlər