Neft ucuzlaşır, Brent bir barelə $74,48 təşkil edir

10:08 - 29.06.2021


29 iyun, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki hərracların sonunda düşdükdən sonra çərşənbə axşamı azalmaqda davam edir.

Saat 9:36-da, London ICE Futures birjasında baş tutmuş hərracda, Brent neftinin avqust fyuçersləri barrel başına $0,20 (0,27%) – $74,48-a düşdü. İyunun 28-də keçirilən ticarətin nəticələrinə görə, avqust ayı üçün Brent fyuçersinin qiyməti $1,50 (1,97%) - barrel başına $74,68-a düşüb.

Saat 9:36-da Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin avqust fyuçersi $0,17 (0,23%) – bir barelə $72,74-ə düşdü. İyunun 28-də baş tutmuş hərracların nəticələrinə görə, avqust ayına olan fyuçers $1,14 (1,54%) - barel başına $72,91 qiymətinə düşüb.

 

Bütün xəbərlər