330x110
 

Bakıda yeni otelin açılışı olub - Pezident və xanımı açılışda

29.06.2021,14:21


29 iyun, Fineko/abc.az. Paytaxtımızda “Courtyard by Marriott Baku” otelinin açılışı olub.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım oteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, “Courtyard by Marriott Baku” otelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb.

Bu cür müasir otel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, otel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Bu otel kompleksi Avropada və dünyada xüsusi imicə malik otellər şəbəkəsi tərəfindən inşa edilib.