Azərbaycanın sığorta şirkətləri tərəfindən bu qədər sığorta haqları hesablanıb

16:14 - 29.06.2021


29 iyun, Fineko/abc.az. 2021-ci ilin ilk 5 ayı ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən 398 milyon 1 min manat sığorta haqları hesablanıb.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin eyni dövründə 361 milyon 348 min manat sığorta haqları hesablanmışdı.

Sığorta ödənişləri ötən ilin ilk 5 ayında 140 milyon 171 min manat ikən, 2021-ci ilin ilk 5 ayında 208 milyon 233 min manat təşkil edib.

 

Bütün xəbərlər