"WhatsApp"dan daha bir yenilik - Detallar

17:24 - 29.06.2021


29 iyun, Fineko/abc.az. "WhatsApp" messencerində daha bir yenilik həyata keçirilib.

ABC.AZ-ın məlumatına görə, bundan sonra bir hesabın bir neçə cihazda eyni vaxtda istifadəsi funksiyasını işə salmaq mümkün olacaq.

Belə ki, istifadəçinin cihazları bir-birinə bağlandıqdan sonra "WhatsApp Web" və "WhatsApp Desktop"un eyni anda işləməsi üçün əsas cihazın onlayn qalmasına ehtiyac qalmır.

Beləliklə də bu rejimdə bir hesaba əlavə edilən beş cihazdan istifadə etmək olar.

 

Bütün xəbərlər