Neft ehtiyatların azalması barədə məlumatlara əsasən bahalaşır, Brent bir barelə $75,11 təşkil edir

10:04 - 30.06.2021


30 iyun, Fineko/abc.az. Neft qiymətləri çərşənbə günü ABŞ-da ehtiyatların azalması ilə bağlı məlumatlara əsasən artır.

Amerika Neft İnstitutunun məlumatına görə, ötən həftə ABŞ-da xammal ehtiyatları bir həftə əvvəl 7,199 milyon barel azaldıqdan sonra daha 8,153 milyon barel azalıb.

Saat 9:18-də London ICE Futures birjasında baş tutmuş hərracda Brentin avqust fyuçersi $0,35 (0,47%) – bir barelə $75,11 qədər yüksəldi. İyunun 29-da keçirilən hərracların nəticələrinə görə, Brentin avqust fyuçersi $0,08 (0,1%) – barrel başına $74,76-a qədər artıb.

Saat 9:18-də Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI neftinin avqust fyuçersinin qiyməti 0,50 (0,69%) – barel başına $73,48-ə yüksəldi. İyunun 29-da hərracların nəticələrinə görə, avqust fyuçersi $0,07 (0,1%) – barel başına $72,98-ə yüksəldi.

OPEC+ texniki komitəsi çərşənbə axşamı keçirilən iclasda neft bazarında vəziyyətin inkişafının iki ssenarisini nəzərdən keçirib: onlardan biri – OPEC-in 2021-ci ildə neftə tələbatın 5,95 mln. b/s səviyyəsinə artması, digəri isə konservativ ssenari olaraq, tələbatın 500 min b/s-azalmasıdır.

 

Bütün xəbərlər