Bu ölkə sərhədlərini yenidən bağlayır

10:29 - 30.06.2021


30 iyun, Fineko/abc.az. İyunun 28-dən iyulun 9-na qədər gündə yalnız 600 səyahətçi Argentinaya giriş edə bilir.

ABC.AZ-ın məlumatına görə, nəticədə, minlərlə argentinalı ölkədən kənarda qalıb.

Ölkənin əsas aviaşirkəti “Aerolineas Argentinas” iyulun 11-nə planlaşdırılan 90 uçuşdan 59-nu ləğv edib.

Argentina hökuməti bu yolla Avropada sürətlə yayılan koronavirusun yeni “delta” ştamının yayılmasının qarşısını almağa çalışır.

Argentinanın səhiyyə naziri Karla Vitsotti ölkəyə qayıdanlar tərəfindən məcburi karantinin ciddi şəkildə pozulması səbəbindən girişə nəzarətin artırılmasının tərəfdarı olduğunu bildirib.

 

Bütün xəbərlər