Nazir müavini poçt operatorları ilə görüş keçirdi

11:39 - 30.06.2021


30 iyun, Fineko/abc.az. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sürətli poçt xidməti göstərən poçt operatorları ilə görüş keçirilib.

ABC.AZ xəbər verir ki, nazir müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilən görüşdə nazirliyin, sürətli poçt xidməti bazarında fəaliyyət göstərən aparıcı poçt operatorlarının və “Azərpoçt” MMC-nin nümayəndələri iştirak edib.

Rövşən Rüstəmov poçt bazarındakı ümumi vəziyyət, dövlət və özəl sektorun əməkdaşlığı, bu sahədə nazirliyin həyata keçirdiyi tədbirlər barədə iştirakçılara məlumat verib.

Daha sonra sürətli poçt xidməti göstərən operatorların fəaliyyətlərində üzləşdikləri çətinliklər və poçt sektorunun perspektiv inkişafı məsələləri müzakirə edilib.

 

Bütün xəbərlər