330x110
 

Dünyanın ən hündür oteli fəaliyyətə başlayıb

30.06.2021,11:56


30 iyun, Fineko/abc.az. Dünyanın ən hündür oteli artıq fəaliyyətə başlayıb.

ABC.AZ xəbər verir ki, Çinin birinci, dünyanın ikinci ən hündür binası olan Shangahi Tower-in son mərtəbələrində J Hotel açılıb.

632 metr hündürlükdə yerlləşən otelin 165 nömrəsi və 34 süiti var.

Ən iri məkanı 380 kvadrat metrlik Şanxay Süitdir, gecəsi 10,4 min dollardan başlayır. Ən ucuz nömrəni isə 555 dollardan sifariş etmək olar.

Oteldə Çin, Yaponiya, İtaliya və digər ölkələrin mətbəxinə aid 7 böyük restoran mövcuddur.