Maliyyə Nazirliyi dövlət ortamüddətli istiqrazları reallaşdırdı

17:39 - 27.03.2018


27 mart, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Bakı Fond Birjası (BFB) vasitəsi ilə bu gün dövlət ortamüddətli istiqrazları (DOİ) reallaşdırdı.

BFB xəbər verir ki, bu gün AZ0106005694 ISIN-li, 15 mln. manat həcmində, 1092 gün tədavül müddətli  və faiz dərəcəsi 9% olan DOİ-in yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

10 investordan 19 sifariş daxil olmuşdur. Sifarişlər, bir istiqraza 92,624 AZN-dən (illik gəlirlilik 12,8798%) 101,3261 AZN-ə qədər (8,3414%) qiymət intervalında təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 97,4621 AZN (gəlirlilik 10,2922%), orta ölçülmüş qiymət isə 98,6170 AZN (9,6989%) səviyyəsində müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 034 300 min manat olmaqla DOİ 15 mln. manat həcmində yerləşdirilmişdir.

 

 

Bütün xəbərlər