Yeni tibb mərkəzi fəaliyyətə başlayıb

16:08 - 30.06.2021


30 iyun, Fineko/abc.az. Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının bazasında yaradılmış və yeni inşa edilmiş Nizami Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olub.

ABC.AZ xəbər verir ki, Nizami Tibb Mərkəzinin direktoru Nurməmməd Yarıyev Agentliyin İdarə Heyətinin sədrinə tibb müəssisəsində görülən tədbirlər barədə məlumat verib.

O bildirib ki, tibb müəssisəsinin inşası “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilib.

 

Bütün xəbərlər