Yoluxanların sayı açıqlanıb - 1 nəfər də ölən var

16:54 - 30.06.2021


30 iyun, Fineko/abc.az. Azərbaycanda bir gün ərzində 86 yeni yoluxma halı aşkarlanıb.

Ötən gün 87 yoluxma barədə məlumat verilmişdi.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 336 047 hal aşkarlanıb.

Gündə 26 nəfər müalicə olunaraq evə buraxılmışdı. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 330 219 nəfər təşkil edib.

Bir gün ərzində koronavirusdan 1 nəfər həyatını itirib. Vəfat edənlərin ümumi sayı isə 4974 nəfər vəfat edib.

Bir gün ərzində 8871 pandemiyanın başlanmasından bəri ölkədə koronavirus hallarının aşkarlanması üçün test 3 749 303 test edilmişdir.

 

Bütün xəbərlər