Neft bahalaşır, Brent barrel başına $74,72 təklif edilir

10:04 - 1.07.2021


1 iyul, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə axşamı ABŞ Energetika Nazirliyinin ölkədəki xammal ehtiyatlarının azaldılması barədə məlumatları fonunda, artmaqda davam edir.

Saat 9:33-də London ICE Futures birjasında baş tutmuş ticarətdə Brent neftinin sentyabr fyuçersi $0,10 (0,13%) yüksələrək barel başına $74,72 təşkil edib. İyunun 30-da keçirilən hərracların nəticələrinə görə, Brent-in sentyabr ayı üçün fyuçersinin dəyəri $0,37 (0,5%) artaraq barel başına $74,62-ə çatıb.

Saat 9:33-də Nyu-York əmtəə birjasının (NYMEX) hərraclarında WTI-nin avqust fyuçersinin qiyməti 0,08 (0,11%) – barel başına $73,55-dək yüksəlib. İyunun 30-da hərracların nəticələrinə görə, WTI-nin avqust fyuçersi $0,49 (0,67%) – barel başına $73,47 səviyyəsinə yüksəldi.

ABŞ Enerji Nazirliyinin məruzəsi ölkədə neft ehtiyatlarının 6,7 milyon barrel azaldığını göstərdi. S&P Global Platts ekspertləri orta hesabla ehtiyatların 4,7 milyon barel azalacağını proqnozlaşdırmışdırlar.

 

Bütün xəbərlər