Bu şəhərlərdə imtahan keçirilir – Siyahı

10:36 - 1.07.2021


1 iyul, Fineko/abc.az. İyulun 1-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəranda imtahanlar keçirilir.

DİM-dən ABC.AZ-a daxil olan məlumata görə, imtahanları aşağıdakı formada təşkil olunub:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

 

Bütün xəbərlər