Azərbaycan Sığortaçılar Assosiasiyası öz komitələrini yenidən təşkil edir

17:55 - 27.03.2018


27 mart, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) öz komitələrini yenidən təşkil edir.

Assosiasiyanın məlumatında deyilir ki, Həyat sığortası komitəsi, Qeyri-həyat sığortası komitəsi və Hüquq komitəsinin yenidən təşkili və komitə üzvlərinin müəyyən edilməsi haqqında qərar qəbul edilmişdir.

“Bu gün Assosiasiyanın Həyat sığortası komitəsinin görüşü keçirilib. Görüşdə, inzibati məsələlər, xüsusilə, şirkətlərin həyat sığortası nümayəndələrinin təsdiqlənməsi və komitənin fəaliyyəti ilə bağlı digər məsələlər müzakirə olunub”, - məlumatda belə deyilir.

 

 

 

Bütün xəbərlər