Azərbaycanın ən çox ixrac həyata keçirən özəl şirkətləri – Siyahı

11:02 - 1.07.2021


1 iyul, Fineko/abc.az. “İxrac icmalı”nın iyun sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-may ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2021-ci ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "P-Aqro" MMC, "Baku Steel Company", "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Metal Trader LTD" MMC, "Local Garden" və “Fruit city Group” MMC yer alıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər