Yoluxanların sayı azaldı - Statistika

01.07.2021,16:46


1 iyul, Fineko/abc.az. Azərbaycanda sutka ərzində 75 yeni yoluxma hadisəsi aşkarlanıb. Ötən gün isə 86 yoluxma haqıqnda bildirilmişdir.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına 336 122 yoluxma halı aşkarlanıb.

Bir gün ərzində 56 nəfər müalicə olunaraq evə buraxılmışdır. Koronavirus infeksiyasından sağalanların ümumi sayı 330 275 nəfər təşkil edir.

Sutka ərzində koronavirus diaqnozu ilə bir nəfər həyatını itirdi. Azərbaycanda COVİD-19 qurbanlarının ümumi sayı isə 4975 nəfər təşkil edib.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün gün ərzində 8828 test keçirilib, pandemiya başlandığı dövrdən isə cəmi 3758131 test edilmişdir.