Onların maaşı artırıldı – Prezident Sərəncam verdi

10:20 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamda deyilir ki, işğaldan azad olunmuş ərazilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Prezidentin əlavəsi müəyyən edilsin.

Prezidentin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 (beş) il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir.

 

Bütün xəbərlər