AZAL yenə tənqid olundu - Qiymətləri azaltmalıdır

12:09 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Milli Məclisin deputatı Elşən Musayev AZAL-ı tənqid edib.

ABC.AZ xəbər verir ki, deputat bu gün keçirilən iclasda təmsil etdiyi Zaqatala rayonunun hava limanında bir təyyarənin belə olmamasını dilə gətirib.

O qeyd edib ki, Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var, ancaq, təkcə təyyarəsi yoxdur:

“İnsanları təyyarə üzünə həsrət qoymaq olmaz. AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir-AZAL! Bundan əvvəlki iclasda da həmkarım Qənirə Paşayeva bu məsələni gündəmə gətirmişdi”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər