“Azərkosmos” ASC Çin şirkəti ilə müqavilə imzaladı – Detallar

14:18 - 2.07.2021


2 iyul, Fineko/abc.az. “Azərkosmos” ASC Çinin kosmik sənayesinin kommersiya fəaliyyətini həyata keçirən yüksək texnologiya şirkəti “Satelliteherd” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Səhmdar Cəmiyyətindən ABC.AZ-a daxil olan məlumata görə, müqaviləyə əsasən “Satelliteherd” şirkəti “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) diametri 4.2 metr olan yerüstü anten quraşdırıb.

“Satelliteherd” şirkəti bu anten vasitəsilə kosmik bazarda fəaliyyət göstərən peyklər və peyk şəbəkələri arasında izləməni, peyklərin sağlamlığının yoxlanılmasını, telemetriyanın alınmasını və peyklərə nəzarətin düzgün aparılmasını təmin edəcək.

 

 

Bütün xəbərlər