Şamaxıda səyyar klinikalar fəaliyyətə başlayıb

17:28 - 2.07.2021


2 iyul, Fineko/abc.az. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin “PROACT-Care” layihəsi çərçivəsində ilkin səhiyyə xidmətlərini daha əlçatan etmək və Şamaxı rayonunun xüsusi ehtiyacı olan kəndlərində fəaliyyət göstərmək üçün 3 ədəd səyyar sağlamlıq klinikası (mobil klinika) və 2 ədəd yüksək keçid qabiliyyətinə malik avtomobil rayona gətirilərək TƏBİB-ə təhvil verilib.

ABC.AZ xəbər verir ki, səyyar klinikar vasitəsilə bu ərazilərdə qeyri-infeksiyon xəstəliklərin vaxtında diaqnozu və nəzarətdə saxlanılması, daha yaxşı ana və uşaq sağlamlığı və infeksiyaların profilaktikası və nəzarəti xidmətlərinin göstərilməsi mümkün olacaq.

 

Bütün xəbərlər