Dövlət qurumu işçilərinin maaşını artırdı - 18 faiz

14:16 - 5.07.2021


5 iyul, Fineko/abc.az. “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) əməkhaqqı islahatı həyata keçirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ABC.AZ-a bildirilib ki, nəticədə fəhlə kateqoriyasından olan bir qisim işçinin əmək haqları orta hesabla 18 faiz artırılıb.

Sözügedən kateqoriyadan olan əməkdaşlar iyun ayı üzrə maaşlarını iyuldan müvafiq artımla əldə ediblər.

Ümumilikdə əməkhaqqı artımı 500-dək işçiyə şamil edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər