Neft bahalaşır, Brent barel başına $77,54 təşkil edir

10:01 - 6.07.2021


6 iyul, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı ticarətində artır.

Saat 9:14-də, London ICE Futures birjasında baş tutmuş ticarətdə, Brent neftinin sentyabr fyuçersi barel başına $0,38 (0,49%) yüksələrək $77,54 təşkil etmişdi. 5 iyul ayının nəticələrinə görə, Brentin sentyabr ayına olan fyuçersi barel başına $0.99 (1,30%) yüksələrək $77,16 təşkil etmişdi.

Saat 9:14-də Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin avqust fyuçersi $1,58 (2,10%) bir barelə $76,74-a yüksəldi. 5 iyul ayının nəticələrinə görə, avqust ayına olan fyuçers $ 0,16 (0,21%) – bir barelə $75,32-ə yüksəldi.

 

Bütün xəbərlər