Cəbrayılda Dostluq Parkı salınacaq

11:32 - 6.07.2021


6 iyul, Fineko/abc.az. Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.

ABC.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bunun üçün Türkiyə təmənnasız olaraq Azərbaycana 1 milyon ədəd ağac tingi verəcək:

“Eyni zamanda Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik də salınacaq. Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50-yə yaxın insanın qalması üçün şərait yaradılacaq”.

 

Bütün xəbərlər